Muğla sahillərində 6 bal gücündə zəlzələ oldu

Muğla sahillərində 6 bal gücündə
zəlzələ
Dünya 14-05-2025 - 08:40

Türkiyənin Muğla vilayəti sahillərində 6 maqnitudada zəlzələ olub

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 maqnitudada zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələ Datça rayonu sahilindən 155 kilometr məsafədə baş verib. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

PAYLAŞ: