Moskvada məktəbdə tikinti konstruksiyaları uçdu: ölənlər var
Dünya
20-09-2025 - 15:58
Moskvanın məktəblərindən birində təmir işləri zamanı konstruksiyalar uçub, ölənlər var.
Ajans.az xəbər verir ki, bu barədə operativ xidmətlər məlumat verib.
Təmir işlərini yerinə yetirən fəhlələr xəsarət alıblar. Hadisə yerində xilasedicilər işləyirlər.
"Məktəbdə təmir işləri aparılan zaman konstruksiyaların uçub. İlkin məlumata görə, ölənlər və xəsarət alanlar var. Dağıntılar altında insanlar ola bilər", - agentliyin həmsöhbəti bildirib.
Oxşar xəbərlər
Prokurorluq Koçaryan, Ohanyan və daha iki nəfərdən 1,75 mln. dollar TƏLƏB EDİR
Dünya20:15 / 18-11-25