Mingəçevirdə küçə itlərinin yaratdığı QORXU

Mingəçevirdə küçə itlərinin yaratdığı
Cəmiyyət 05-11-2025 - 16:15

Mingəçevirdə son vaxtlar küçə itlərinin sayının artması şəhər sakinləri arasında ciddi narahatlıq yaradıb.

Ajans.az-ın əldə etdiyi məlumata əsasən, şəhərin bir çox ərazilərində sərbəst dolaşan itlər insanların gündəlik həyatına təhlükə törədir.

Sakinlərin sözlərinə görə, artıq təkcə gecələr deyil, gündüz saatlarında da it hücumları halları müşahidə olunur. Bu vəziyyət xüsusilə valideynləri narahat edir, çünki hücumların bir qismi azyaşlı uşaqlara yönəlir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının verdiyi  məlumata əsasən, son günlər it dişləməsi ilə bağlı müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bəzən bir gün ərzində 7-8 nəfərə it dişləməsinə qarşı vaksin vurulur. Zərərçəkənlər arasında uşaqların olması isə vəziyyətin daha da ciddiliyini göstərir.

Müraciətlər şəhərin müxtəlif məhəllələrindən daxil olur və bu da küçə heyvanlarına nəzarətin demək olar ki, həyata keçirilmədiyini ortaya qoyur.

Şəhər sakinləri məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətini və Baytarlıq Xidmətini təcili tədbirlər görməyə çağırırlar. Onların fikrincə, küçə itlərinin nəzarətsiz qalması artıq ictimai təhlükəsizlik problemi halını alıb və azyaşlıların həyatı real risk altındadır.

Zərif Sofiyeva
Vəzifəsi: Müxbir
PAYLAŞ: