Məşhur zəlzələ eksperti Naci Görürdən XƏBƏRDARLIQ

Dünya
09-04-2025 - 11:38
Gümüşhanə bu gecə 4.2 bal gücündə zəlzələ ilə sarsılıb.
Ajans.az xəbər verir ki, AFAD, zəlzələnin səhər saat 06:09-da Kelkit rayonunda baş verdiyini bildirib.
Yeraltı 5.09 km dərinlikdə baş verən bu hadisə, ətraf vilayətlərdə də hiss olunub. Gümüşhanə valisi Aydın Baruş, indiyə qədər hər hansı bir mənfi vəziyyətin yaranmadığını açıqlayıb.
Zəlzələnin ardından məşhur zəlzələ mütəxəssisi Prof. Dr. Naci Görür, bu sarsıntının ciddi olduğunu və bölgədəki potensial risklərə diqqət yetirilməli olduğunu vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir