Məşhur futbolçu vəfat etdi

Liverpulun portuqaliyalı ulduzu Diogo Jota yol qəzasında həyatını itirib. Eyni qəzada Jotanıın qardaşı André də həlak olub.
Ajans.az dw.com-a istinadən bildirir ki, İngiltərənin Premyer Liqa komandalarından Liverpool-un ulduz futbolçusu Diogo Jota İspaniyada keçirdiyi yol qəzasında həyatını itirib.
İspaniya polisinin verdiyi açıqlamaya görə, 28 yaşlı portuqaliyalı milli futbolçu Diogo Jota və onun qardaşı André Jota ölkənin şimal-qərbində, Zamora bölgəsində, Cernadilla yaxınlığında gecə saat 00:30-da baş vermiş yol qəzasında dünyasını dəyişiblər.
Qəzanın, Jotanın idarə etdiyi avtomobilin başqa bir nəqliyyat vasitəsini keçməyə çalışdığı zaman təkərinin partlaması və sonra nəzarəti itirərək yoldan çıxıb alovlanması nəticəsində baş verdiyi bildirilib.
Hadisəyə müdaxilə edən aidiyyəti şəxslər qeyd ediblər ki, hadisə yerinə çatanda avtomobil tamamilə yanmış vəziyyətdə olub və hər iki qardaş hadisə yerində ölüb.
Qeyd edilib ki, Diogo Jota yeni evlənmişdi.