Məşhur cütlükdən gözlənilməz ADDIM

Ötən yay sevgilərini elan edən Hafsanur Sancaktutan və Kubilay Aka münasibətlərində evliliyə ilk addımı atıblar.
Ajans.az xəbər verir ki, Akanın romantik təklifinə "hə" deyən Sancaktutan sürpriz gecəyə duyğulu anlarla cavab verib. Cütlüyün bu xoş xəbəri hələlik yalnız yaxın ətrafı ilə paylaşdığı öyrənilib.
Keçən yay sevgilərini ictimaiyyətlə bölüşən məşhur aktyorlar Hafsanur Sancaktutan və Kubilay Aka münasibətlərini evliliklə taclandırmağa qərar verib. Cütlük təxminən doqquz aylıq münasibətlərində əhəmiyyətli bir mərhələyə çatıb. Kubilay Aka sevgilisi üçün xüsusi gecə təşkil edib və sürpriz evlilik təklifi edib. Romantik anların yaşandığı bu özəl gecədə Hafsanur Sancaktutan Akanın təklifinə "hə" deyib.
Cütlüyə yaxın mənbələrdən əldə edilən məlumata görə, xoşbəxt cütlük bu xoş xəbəri hələlik yalnız ailələri və yaxın ətrafları ilə bölüşüb. Pərəstişkarları tərəfindən maraqla izlənilən cütlüyün önümüzdəki dövrdə toy tarixləri ilə bağlı detalları paylaşması gözlənilir. Sevgilərini ictimaiyyətdən uzaq yaşamağa üstünlük verən Sancaktutan və Aka evlilik yolunda atdıqları bu addımlarla artıq maqazin gündəminin zirvəsində yer alıblar.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.