Məşhur azərbaycanlı "qanuni oğru" SAXLANILDI - BU ÖLKƏDƏ...

Kriminal
03-07-2025 - 21:30
Moskvada ən nüfuzlu “qanuni oğru”lardan biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Vaqif Süleymanovun Azərbaycana deportasiya olunacağı iddia olunur. Onun Azərbaycan hüquq-mühafizə orqanlarının da axtarış siyahısında olduğu bildirilir.