Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 milyard dolları ötüb
İqtisadiyyat
04-11-2025 - 14:37
Bu il noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 368,3 milyon dollar təşkil edib.
Ajans.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 57,8 milyon dollar çoxdur.