Məktəbdə 11 nəfəri güllələyən gənc BULLİNQƏ MƏRUZ QALIBMIŞ - TƏFƏRRÜAT

Avstriyanın Qraz şəhərində məktəbdə atəş açan gənclə bağlı keçmişdən olan təfərrüatlar məlum olub.
Ajans.az xəbər verir ki, bu barədə Kronen Zeitung məlumat yayıb.
Nəşrin məlumatına görə, təhsil müəssisəsinə hücum edən 22 yaşlı tələbə təhsil ocağının tualetlərindən birində ölü tapılıb. İlkin məlumata görə, o, intihar edib. Qeyd olunur ki, hadisəni törətdiyi iddia edilən şəxs bu məktəbdə təhsil alıb və “özünü bullinq qurbanı hesab edib”. Hüquq-mühafizə orqanları da hücumçunun zorakılığın qurbanı olduğunu bildirir.
Xatırladaq ki, atıcı iki sinif otağına atəş açıb. Şahidlər ən azı 20 atəş səsi eşitdiklərini bildiriblər. Son məlumatlara görə, atışma nəticəsində 11 nəfər həlak olub. Çoxları ağır yaralanıb. Media ölənlərin sayının artmaqda davam edəcəyini qeyd edir.
Hazırda hüquq-mühafizə orqanları yerli sakinləri əməliyyatın keçirildiyi ərazidən uzaq olmağa çağırır. Hadisənin araşdırılmasına polis bölmələri və xüsusi təyinatlı “Kobra” cəlb olunub.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.