Meksika Prezidentini canlı yayım zamanı öpməyə çalışdılar
Meksika Prezidenti Klaudiya Şeynbauma izdiham arasından naməlum bir şəxs yaxınlaşıb və əlləri ilə sıxaraq öpməyə çalışıb.
Ajans.az O Globo-ya istinadən xəbər verir ki, kişi Şeynbauma yaxınlaşaraq qolunu dövlət başçısının çiyinlərinə dolayıb, digər əli ilə belinə və sinəsinə toxunub və boynundan öpməyə cəhd edib. Yalnız bundan sonra mühafizəçi hadisəyə müdaxilə edərək şəxsi uzaqlaşdırıb.
Prezident Şeynbaum hadisəyə sərt reaksiya verməyib və hətta ehtimal edilən sərxoş kişi ilə şəkil çəkdirməyə razı olub. Hüquq-mühafizə orqanları daha sonra şəxsi saxlayaraq prokurorluğa təhvil verib.
WATCH: A drunk man managed to get very close to Mexican President Claudia Sheinbaum during a public event, touching her before officials intervened. pic.twitter.com/u5yNQ8ATES — Clash Report (@clashreport) November 5, 2025