Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR

Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə
Mehriban Əliyeva
Cəmiyyət 18-10-2025 - 10:26

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər.

Ajans.az xəbər verir ki, Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur.

Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək.

Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb.

Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR

Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR

Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR

Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR

Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR

Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR

Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR

Mehriban Əliyeva qızları və gəlini ilə birlikdə ağacəkmə mərasimində - FOTOLAR

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.