Məhəllədə yarım saatlıq təlaş: Sahibindən qaçan qurbanlıq...

Türkiyədə qurbanlıq inək sahibindən qaçaraq məhəllə arasında qaçmağa başlayıb.
Ajans.az xəbər verir ki, Yıldırım rayonunda sahibindən qaçan qurbanlıq inək yarım saatlıq qovalamadan sonra tutulub. Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Bursanın Yıldırım rayonunda Qurban bayramı öncəsi maraqlı anlar yaşanıb. Məskən məhəlləsindəki heyvan bazarından alınan və evə aparılacaq qurbanlıq inək sahibindən qaçaraq məhəllə ətrafında qaçmağa başlayıb.
Hadisədə küçələr arasında qaçaraq yoxa çıxan inək məhəllədə qısamüddətli çaxnaşma yaradıb. Ev sahibi və məhəllə qaçan heyvanı tutmaq üçün səfərbər olub.
Təxminən yarım saat davam edən qovalamadan, sonra inək tutularaq nəzarətə götürülüb. Həmin anlar ətrafdakıların mobil telefon kameralarına düşüb.