Masallıda 2 mərtəbəli ev yanıb

Hadisə
11-06-2025 - 10:59
Masallıda 5 otaqlı ev yanıb.
Ajans.az xəbər verir ki bu haqda FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Xırmandalı kəndində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.