Küləyin aşırdığı ağac ərazidən götürüldü - Video

Cəmiyyət
16-04-2025 - 10:03
Bakı ərazisində əsən güclü külək səbəbindən ağac aşıb.
Ajams.az "Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində, metronun “Nizami” stansiyası yaxınlığında qeydə alınıb.
Ağacın aşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərin hərəkətində çətinlik yaranıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağac, budaq qırıqlarının toplanılmasına cəlb edilib.
Oxşar xəbərlər
“Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası təşkil edib
Cəmiyyət14:57 / 25-04-25