Kosmik qalıqlar səbəbindən astronavtlar orbitdə qalır

Kosmik qalıqlar səbəbindən astronavtlar
Dünya 05-11-2025 - 17:04

Çinli astronavtların Yerə qayıdışı kosmik qalıq təhlükəsi səbəbindən təxirə salınıb.

Ajans.az xəbər verir ki,Shenzhou-20 kosmik gəmisindəki Çen Donq, Çen Çjonqruy və Vanq Cie astronavtlarının geri dönüşü planlaşdırılsa da, tiangong kosmik stansiyasında qalmalı olublar. Bu barədə məlumat Çin İnsanlı Kosmik Agentliyi (CMSA) tərəfindən Weibo bloqunda yayımlanıb.

CMSA bildirir ki, geri dönüşün təxirə salınması qərarı astronavtların təhlükəsizliyini və missiyanın uğurunu təmin etmək üçün verilib. Agentlik hələ ki, astronavtların Yerə qayıdacağı yeni vaxtı açıqlamayıb.

Leyla Bayandurlu
Vəzifəsi: Müxbir
PAYLAŞ: