Koreyanın qırıcı təyyarəsi təlim zamanı ZƏDƏLƏNDİ

Koreyanın qırıcı təyyarəsi təlim zamanı
qırıcı
Hadisə 11-06-2025 - 08:59

ABŞ-nin rəhbərliyi ilə k etdiyi Alyaskada keçirilən beynəlxalq hava təlimində iştirak edən Cənubi Koreyaya məxsus KF-16 qırıcı təyyarəsi zədələnib.

Ajans.az xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.

Hərbi Hava Qüvvələrindən bildirib ki, təyyarədəki pilotlar təcili eniş zamanı xəsarət almayıblar. Belə ki, fövqəladə vəziyyət yarandıqdan sonra iki pilot özlərini qoşa oturacaqlı qırıcıdan çölə atıblar.

"İki pilot təhlükəsizdir və yaxınlıqdakı xəstəxanaya köçürülür", - məlumatda deyilir.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.