Kondisionerdən istifadə edənlərin DİQQƏTİNƏ: Həkimdən HƏYƏCAN TƏBİLİ

Havanın isinməsi və yayın yaxınlaşması əhalinin kondisionerə olan ehtiyacını artırır. Günün qızmar istisindən qorunmaq üçün şəxsi mənzillər və müxtəlif iaşə obyektlərində sərinləndirici qurğulara marağı çoxaldıb. Lakin həddən artıq kondisioner havası insan səhhətinə zərər verə bilər.
Həkim-terapevt Sübhan Hacıyev Ajans.az-a bildirib ki, isti yay aylarında vətəndaşlar evlərində və iş yerlərində kondisionerlərdən istifadə edirlər. Lakin gün ərzində istifadənin yüksək olması orqanizmin fizioloji xüsusiyyətlərinə mənfi təsir göstərir.
Həkim deyib ki, uzun müddət soyuq hava axınında qalmaq tənəffüs yollarında, gözlərdə quruluq, alt və üst tənəffüs yollarında xəstəliklərin baş qaldırmasına səbəb olur.
Kondisionerlərdə filterlərin vaxtında təmizlənməməsi oradakı bakteriyaların insan orqanizminə sürətlə yayılmasına şərait yaradır.
Terapevtin sözlərinə görə, bronxial-asma xəstə daşıyıcıları soyuq havada uzun müddət qaldıqda kəskin reaksiyalar baş qaldırır. Asmatik komponentlərin üstünlük təşkil etdiyi dövrün başlanılması xroniki xəstəliyin kəskinləşməsinə səbəb olur. Bundan əlavə, 35 dərəcə havada gəzən şəxs sonra 18 dərəcəlik otağa daxil olub orada uzun müddət qalırsa, əzələ-bədən ağrıları və meozit( əzələ iltihabı) iltihabınının yaranmasını gücləndirir.
Sübhan Hacıyev vətəndaşlara tövsiyə edib ki, kondisionerlərdən gələn havalar ümumilikdə 22-25 dərəcədə olsun. Filterlər vaxtında təmizlənməli, otaqların rütubətliliyi balansda olmalıdır( kondisioner rütubəti qurudur) . Vətəndaşlar özləri də gün ərzində maye qəbulunu yüksək tutmalıdır. Gün ərzində isə, ən azı bir saat kondisionerlər söndürülməli, otaqlar normal temperatura uyğunlaşdırılmalıdır.