Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto

Cəmiyyət
05-07-2025 - 17:18
Vətən müharibəsi iştirakçısı Sübhan İlham oğlu Hüseynov vəfat edib.
Ajans.az Unikal.az-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant Ucar rayonunun Qazyan kəndindəndir.
Məlumata görə o, bir müddət öncə Ucar rayon Mərkəzi Xəstəxanasında qıl dönməsi səbəbi ilə əməliyyat olunub.
S.Hüseynov burada narkozun təsirindən komaya düşüb.
Daha sonra onu Bakıdakı özəl xəstəxanaların birinə çatdırıblar. Maliyyə çatışmazlığı səbəbindən Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən baş leytenant komadan ayılmağı bacarsa da, bu gün dünyasını dəyişib.
O, doğulduğu Qazyan kəndində dəfn olunacaq.
Mövzular:
Oxşar xəbərlər
“Vətən” musiqi qrupu Litvada keçirilən beynəlxalq festivalda qalib olub - FOTOLAR
Cəmiyyət15:31 / 12-07-25
"Azərişıq" ASC-nin Medianın İnkişafı Agentliyi ilə keçirdiyi müsabiqənin nə... açıqlandı - FOTOLAR
Cəmiyyət12:13 / 12-07-25
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi olub - FOTO - VİDEO
Cəmiyyət12:02 / 12-07-25