Kiyev xəbərdarlıq ETDİ

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev bəyan edib ki, Rusiya Kiyevin istənilən təxribatına, o cümlədən raket təhdidlərinə qaçılmaz və qəti şəkildə cavab verəcək.
Ajans.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Darçiyev qeyd edib ki, Amerika tərəfi ilə strateji sabitlik üzrə təmaslar Ukraynadakı münaqişədən ayrılmazdır. Bundan əlavə, səfir ABŞ-nin “Qızıl Qübbə” raketdən müdafiə sistemi yaratmaq planlarına diqqət çəkib.
“Biz bütün bu məqamları nəzərə alaraq, Vaşinqtona aydın şəkildə bildiririk ki, Qərbin dəstəklədiyi Zelenski rejiminin təxribatları və çox nəzərə çarpan raket təhdidlərinin ortaya çıxması qaçılmaz və qətiyyətli cavabla qarşılanacaq”, - o vurğulayıb.
Bundan əvvəl ABŞ Ordusunun Avropadakı komandanı Ben Hodges və digər yüksək vəzifəli rəsmilər bildiriblər ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına hücumları ABŞ prezidenti Donald Trampı “Qızıl günbəz”in yaradılması planına yenidən baxmağa məcbur etməlidir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.