Kinoteatrda kvars lampalara görə 32 nəfər göz yanıqları alıb- BU ÖLKƏDƏ
Dünya
05-11-2025 - 17:37
Rusiyanın Abakan şəhərində bir kinoteatrda film izləyən 32 nəfər, o cümlədən 20 uşaq, göz yanıqları ilə xəstəxanaya müraciət edib.
Ajans.az Rusiya KİV-lərə istinadən xəbər verir ki, hadisəyə səbəb kinoteatr işçilərindən birinin dezinfeksiya üçün istifadə edilən kvars lampalarını söndürməyi unutması olub. Film nümayişi zamanı bakterisid avadanlıqlar işləməyə davam edib.
Hadisə yerinə tibb işçiləri çağırılıb və zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Abakanda düzgün olmayan xidmət göstərilməsi faktı ilə bağlı cinayət işi açılıb.
Leyla Bayandurlu
Vəzifəsi: Müxbir
Mövzular:
Oxşar xəbərlər
Ukrayna kəşfiyyatı: Rusiya bu il 120 minə qədər sürüşmə bombası istehsal et...
Dünya08:15 / 15-11-25