Keçmiş rəisin oğlu QƏZAYA DÜŞDÜ

Keçmiş rəisin oğlu
qəza
Hadisə 16-06-2025 - 20:39

Yevlaxda idarəetmədən çıxan avtomobil yol kənarındakı yulğun kolluğuna düşüb.

Ajans.az xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığında baş verib.

İdarəetmədən çıxaran "Hunday" markalı avtomobil yol kənarındakı yulğun kolluğuna düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü sürücü Bəşirli Vüsal Bəliyar oğlu ətrafdakıların köməkliyi ilə maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.

Kəllə beyin travması, həmçinin çənə nayihəsindən kəsik xəsarəti alan yaralının müayinə və müalicəsi davam edir.

Qeyd edək ki, qəzaya uğrayan sürücü Mingəçevir DYP bölməsinin keçmiş rəisi Bəliyar Bəşirlinin oğludur.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.