Keçən ay ailə başçısını itirməyə görə neçə nəfərə pensiya və müavinət ödənilib?
İqtisadiyyat
11-06-2025 - 11:32
2025-ci ilin may ayında ailə başçısını itirməyə görə 194 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Bu barədə Ajans-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Onlardan 137 min nəfərdən çoxu pensiya, 57 min nəfərdən çoxu isə müavinət alıb.