Kamçatkada 5,3 və 4,8 bal gücündə ZƏLZƏLƏ OLDU
Dünya
04-10-2025 - 22:45
Kamçatkada 5,3 və 4,8 bal gücündə zəlzələlər qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
İlk seysmik hadisə Petropavlovsk-Kamçatskidən 201 km cənub-şərqdə baş verib. Zəlzələnin episentri 33,1 km dərinlikdə yerləşib.
Beş dəqiqə sonra Petropavlovsk-Kamçatskidən 184 km şərqdə ikinci zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 22,4 km dərinlikdə yerləşib.