İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr QAPALI FORMATDA KEÇİRİLİR

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələr birinci raundda olduğu kimi qapalı formatda keçirilir.
Ajans.az xəbər verir ki, bu barədə TASS danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.
Rusiyanın İstanbuldakı Baş Konsulluğu yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib. Məsləhətləşmələri yayımlamağı planlaşdıran onlarla xarici KİV binanın yaxınlığında növbətçilik edir. Bununla belə, Səudiyyə Ərəbistanında əvvəlki danışıqlar zamanı olduğu kimi, təhlükəsizlik tədbiri olaraq onlardan binadan uzaqlaşmaları tələb oluna bilər.
Xatırladaq ki, İstanbuldakı məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin köməkçisinin müavini Sonata Kulter başçılıq edib.
Bundan əvvəl Dövlət Departamentinin rəsmi nümayəndəsi Tammi Bryus Rusiya və ABŞ nümayəndə heyətlərinin qarşıdan gələn görüşdə nəyi müzakirə etmək niyyətində olduqlarını artıq bəyan etmişdi. Onun sözlərinə görə, qarşıdan gələn danışıqlarda siyasi məsələlər və ya təhlükəsizlik məsələləri qaldırılmayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.