İstanbul görüşünün nəticələri - DETALLAR

İstanbul görüşünün nəticələri -
Dünya 16-05-2025 - 09:48

"İstanbul münaqişənin dayandırılması ssenarisi ilə bağlı sənəd hazırlaya bilər."

"Ajans.az" "RİA Novosti"ə  istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib. 

Rusiya və Ukraynanın İstanbuldakı danışıqlar qruplarının münaqişənin sona çatması üçün ssenari üzrə vahid sənəd hazırlaya bilmə şansı var.Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib .

“Birincisi, biz birinci yolu tamamlamalıyıq, yəni sülhə nail olmaq üzrə razılığa gəlməliyik, yəni nizamlanma mexanizminin özünü tapmalıyıq”, - o deyib.

Diplomatın sözlərinə görə, İstanbuldakı nümayəndə heyətləri Rusiya və Ukrayna üçün məqbul, beynəlxalq ictimaiyyət tərəfindən də qəbul ediləcək model hazırlaya bilər.

Miroşnik daha əvvəl bəyan etmişdi ki , Kiyevin İstanbulda yalnız atəşkəsin müzakirə oluna biləcəyi mövqeyi Moskvanın yanaşmaları ilə bir araya sığmır. O qeyd edib ki, Rusiya dəfələrlə ilk növbədə nizamlanma üçün vahid strategiyanın hazırlanmasının vacibliyini vurğulayıb.

PAYLAŞ: