İsrail səfiri Niderland XİN-ə ÇAĞIRILDI

İsrail səfiri Niderland
Gündəm 09-04-2025 - 19:17

İsrail səfiri Qəzza zolağında humanitar yardım konvoyuna hücumla bağlı izahat vermək üçün Niderland Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Ajans.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp “X” sosial şəbəkəsində yazıb.

"Mənim xahişimlə bu gün səhər İsrail səfiri Qəzza sektorunda narahatlıq doğuran hadisələr, o cümlədən humanitar konvoya hücumla bağlı izahat vermək üçün çağırılıb. Niderland İsrailin təhlükəsizliyi, bütün girovların qaytarılması və fələstinlilərin ciddi humanitar ehtiyaclarının təmin edilməsinin tərəfdarıdır", - o bildirib.

PAYLAŞ: