İsrail limanları  BOMBALADI

İsrail limanları 
Bayraq
Dünya 16-05-2025 - 21:30

İsrail Yəmənin limanlarını bombaladı

İsrail təyyarələri Yəmənin qərbindəki Hodeyda əyalətində iki limana zərbələr endirib.

Ajans.az xəbər verir ki, bu barədə Yəmənin “Al Masirah” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail aviasiyası Yəmənin qərbində Salif limanına və Qırmızı dənizdəki Hodeyda limanına zərbələr endirib.

Qeyd edək ki, bundan əvvəl Yəmənin şimalını idarə edən şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husilər) İsrailin Ben-Qurion hava limanına 72 saat ərzində dördüncü raket zərbəsini endirdiyini bildirib.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.