İsrail 15 fələstinlinin meyitini təhvil verib

İsrail 15 fələstinlinin meyitini
Dünya 05-11-2025 - 14:09

İsrail 15 fələstinlinin meyitini Qəzza xəstəxanalarına təhvil verib.

Ajans.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bununla da təhvil verilən fələstinli meyitlərin sayı 285-ə çatıb.

Qeyd edək ki, dünən daha bir israilli girovun meyiti HAMAS tərəfindən İsrailə qaytarılıb.

HAMAS ümumilikdə 21 israilli girovun meyitini İsrailə təhvil verib.

İsrail və sözügedən silahlı qruplaşma arasında oktyabrın 10-dan etibarən atəşkəs elan olunub və insidentlərə baxmayaraq hələ də qüvvədədir.

PAYLAŞ: