İspaniyanın baş naziri "Eurovision"u TƏNQİD ETDİ

İspaniyanın baş naziri "Eurovision"u
Dünya 19-05-2025 - 19:10

İspaniyanın baş naziri Pedro Sançev deyib ki, israilli müğənni Yuval Rafael builki Eurovision Mahnı Müsabiqəsində iştirak etməməli idi.

Ajans.az xəbər verir ki, onun sözlərini TASS agentliyi yayıb.

İspaniya hökuməti başçısının sözlərinə görə, avro təşkilatçıları xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanın müsabiqədə iştirakını qadağan etməklə, lakin İsraildən olan iştirakçının çıxışına icazə verməklə ikili standartlara yol veriblər.

"Rusiyadan iştirakdan imtina etməyi tələb ediblər. Ona görə də İsrail də bunu etməməlidir. Biz hətta mədəniyyət sahəsində də ikili standartlara yol verə bilmərik", - deyə siyasətçi bildirib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: