İrəvanın sərhəddə silaha əl atmasının SƏBƏBİ BUDUR

Ermənistanın atəşkəsi pozmaqda məqsədi sülh sazişini qısa müddətdə istədiyi şərtlərlə imzalamaqdır.
Bunu Ajans.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. O qeyd edib ki, rəsmi İrəvan atəşkəsi pozmaqla özünün bir neçə məqsədinə çatmaq istəyir:
"Atəşkəsin pozulmasının səbəbi Ermənistanın qısa müddət ərzində sülhv müqaviləsi bağlamaq istəməsidir. Buna görə bir məcburiyyət görüntüsü yaratmağa çalışır ki, Azərbaycan tərəfi Ermənistanın sülh çağırışlarına yönəlik tələbini qəbul etmək məcburiyyətində qalsın. Həm də paralel şəkildə Azərbaycanı ittiham edir, sərhəd bölgəsində atəşkəsi pozub dünyaya göstərir ki, guya əslində burada sülh istəməyən tərəf Azərbaycandır.
Axı biz bilirik ki, bəzi məsələlər, Ermənistan konstitusiyasının dəyişdirilməsi bir qırmızı xətt kimi qalmaqdadır. Niyə Ermənistan tələsik formada müqaviləni bağlamağa çalışır? Çünki o revanşist məqsədləri sonradan davam etdirmək asan olsun. Azərbaycan bunu qəbul edə bilməz".
Xatırladaq ki, xüsusən son bir ayda şərti sərhədin müxtəlif istiqamətlərində Ermənistan ordusu təxribata əl ataraq mövqelərimizi atəşə tutur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.