İranın mərkəzi bombardman EDİLDİ - VİDEO

İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzindəki Parçin şəhərinə zərbələr endirib.
Ajans.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Zərbələrdən sonra bölgədə güclü partlayış səsləri eşidilib.
İran paytaxtının hava hücumundan müdafiə sistemləri şəhərin mərkəzində işə salınıb.
Yerli KİV paytaxrtda partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.
İsrail mənbələri İran Silahlı Qüvvələrinin hərbi hədəflərinin vurulduğunu iddia edirlər.
Onların sözlərinə görə Raket zavodu və polis qərargahı məhv edilib.
Ajans.az hadisə yerindən anbaan görüntüləri sizlərə təqdim edir:
pic.twitter.com/4EkUsN6dUK — Newsfeed (@Newsfeed883920) June 18, 2025