İrandan İsrailə növbəti raket ZƏRBƏSİ

İran cümə günü axşam saatlarında İsrailə cavab raketləri və pilotsuz təyyarələrlə hücumların yeni mərhələsinə başlayıb.
Ajans.az Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, İsrailin İran torpağına qarşı əsassız təcavüzü Tehranı cinayətkar sionistlərə cavab zərbələri endirməklə İran xalqını və ölkənin təhlükəsizliyini müdafiə etməkdən başqa çarə qoymadı. İran cavab tədbiri olaraq cümə günü Fələstinin işğal olunmuş ərazilərinə böyük raket zərbələri endirib.
İsrail rejimi bir həftə əvvəl İran torpaqlarında başladığı səbəbsiz təcavüzü davam etdirir. Sionist rejimin rəsmiləri İran Silahlı Qüvvələrindən sarsıdıcı cavablar aldıqdan sonra iranlıları şəhərlərini boşaltmaqla hədələməyə başlayıblar. Bu gün İran xalqı şimaldan cənuba, şərqdən qərbə qədər küçələrə axışaraq cümə namazında iştirak edib və mitinqlər keçirərək İsrail təcavüzkarlarına açıq mesaj verib: İran xalqı var gücü ilə vətənlərini müdafiə edəcək və onlar heç yerə qaçmayacaqlar.