İran XİN Rusiyaya səfər EDİR

İran XİN Rusiyaya
Dünya 14-04-2025 - 12:46

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya tərəfi ilə Tehran və Vaşinqton arasında son danışıqları müzakirə etmək üçün həftənin sonunda Moskvaya səfər edəcək.

Ajans.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai deyib:

“Abbas Əraqçının Moskvaya əvvəlcədən planlaşdırılan səfəri bu həftə, daha doğrusu, bu həftənin sonunda baş tutacaq”.

Aprelin 12-də Tehranla Vaşinqton arasında dolayı danışıqlar aparılıb. İran tərəfini Abbas Əraqçi, Amerika tərəfini isə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Moskva baş tutan danışıqları alqışlayır, lakin əldə edilə biləcək nəticələrə əsasən onları qiymətləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: