İran Trampın çağırışını RƏDD ETDİ

Gündəm
18-06-2025 - 13:20
Tehran ABŞ prezidenti Donald Trampın qeyd-şərtsiz təslim olması ilə razılaşmayacaq.
Ajans.az xəbər verir ki, bu barədə İranın Fransadakı səfiri Məhəmməd Əmin-Nejad BFMTV telekanalında bildirib.
“Bu, Benyamin Netanyahunun istəkləri ilə eynidir və ümumiyyətlə həyata keçirilməyəcək”, - diplomat qeyd edib.
İran xalqının kənardan "təcavüz qarşısında birləşdiyini" deyən səfir Tehranın müdafiə qabiliyyətinin hərbi hədəflərə hücumlardan asılı olmadığını bildirib.
İyunun 17-də Amerika lideri İran rəhbərliyindən qeyd-şərtsiz təslim olmağı tələb edib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
Oxşar xəbərlər
Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara işgəncə vermələrini əks et... NÜMAYİŞ ETDİRİLDİ
Gündəm21:20 / 14-07-25