İran şahının oğlu xalqı üsyana ÇAĞIRDI

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Fox News telekanalına müsahibə verib.
“Son 3 gün ərzində rejim 10 dəfə zəifləyib. Artıq dünya da anlamalıdır ki, gərginliyi azaltmağın, nüvə təhlükəsi də daxil olmaqla bütün təhdidlərə son qoymağın yeganə yolu bu rejimi aradan qaldırmaqdır. Məni daha da qəzəbləndirən odur ki, Əli Xamenei həmvətənlərimdən canlı qalxan kimi istifadə edir, özü isə hazırda hansısa yeraltı tuneldə siçovul kimi gizlənir. Yüksək rütbəli üzvlərin və məmurların artıq ailələrini xaricə göndərdikləri barədə məlumatlar var”, Pəhləvi bildirib.
Ajans.az sizlərə müsahibənin görüntülərini təqdim edir:
pic.twitter.com/YIfuMPCvTP — Newsfeed (@Newsfeed883920) June 15, 2025