İran həbsdə olan iki Fransa vətəndaşını azad etdi
Dünya
05-11-2025 - 00:46
İran üç ildən çox həbsdə olan iki Fransa vətəndaşını azad edib.
Ajans.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında yazıb.
Qeyd edilib ki, bu, oktyabr ayında şərti olaraq azadlığa buraxılan iranlı tələbə ilə mübadilədir.
Makron bildirib: "2022-ci ildən bəri həbsdə olan Sesil Koler və onun partnyoru Jak Paris "Evin həbsxanasından çıxıblar və Tehrandakı Fransa səfirliyinə gedirlər. Bu ilk addımı alqışlayıram. Dialoq onların mümkün qədər tez Fransaya qayıtmasına imkan vermək üçün davam edir."
Oxşar xəbərlər
Ukrayna kəşfiyyatı: Rusiya bu il 120 minə qədər sürüşmə bombası istehsal et...
Dünya08:15 / 15-11-25