İndi konstitusiyamızda Şuşa kimi AZADDIR - Zahid Oruc 

İndi konstitusiyamızda Şuşa kimi AZADDIR -
Siyasət 05-11-2025 - 11:16

"Məğlubiyyət dövründə Konstitusiyamızda ərazi bütövlüyü kağız üzərində mövcud idi. Ana qanunda “ərazilər toxunulmazdır”, yazılsa da reallıqda 20 faiz torpaqlarımız oğurlanmışdı".

Ajans.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransda açılış nitqində deyib. 


Zahid Oruc bildirib ki, konstitusiyamız pozulan milli huquqlarımızın simvoluydu. Hamı deyirdi- bunlar bir gün tam reallaşacaq:
" O zaman Konstitusiyamızda yazılan “Azərbaycan Respublikası unitar dövlətdir” əvəzinə, torpaqlarımızın üstündə ikinci separatçı quruluş, ikinci konstitusiya  və ikinci saxta prezident təsisatı mövcud idi. Belə dualizm düz 30 il  davam etdi.


Beləliklə, Ana qanunumuzdan müharibə haqqımız doğuldu. İndi Konstitusiyamızda yazılan “Azərbaycan vahid və bölünməz dövlətdir” müddəası sənəddə yox, torpaqda qanla möhürlənib. Zəfər qanunu şəhidlərimiz təsdiqlədi. Biz savaşa müasir hərbi texnologiyalardan qabaq, hüquqla silahlanmışdıq. Ordumuz güclü idi, lakin haqlı olduğumuz üçün qalib gəldik".
O qeyd edib ki, konstitusiyamız da Şuşa kimi azaddır: 
"Qarabağ tarixdə ilk dəfə, dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır. Bakı ərazi itkilərinin günahkarlarına yox, işğalçı qüvvələrin məhkəmə salonuna çevrilib. Azərbaycanın taleyi yad paytaxtlarda bizsiz həll olunmur, öz torpaqlarımızda müəyyənləşir. “Erməni məsələsi” tariximizdə ilk dəfə dinc və könüllü şəkildə ölkə ərazisindən kənara çıxıb və milli dövlətçiliyimiz üçün mina rolunu itirib".

Tərlan Əmrahova
Vəzifəsi: Müxbir
PAYLAŞ: