İmişlidə yanğın BAŞLADI

Hadisə
06-07-2025 - 21:45
İmişlidə yanğın olub.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə İmişli rayonu, Xəlfəli kəndində ot tayasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.