İlham Əliyev Suriya liderini Azərbaycana DƏVƏT ETDİ

İlham Əliyev Suriya liderini Azərbaycana
Prezident
Siyasət 11-04-2025 - 17:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik etdi.

Dövlətimizin başçısı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.

Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.

Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaara bununla belə xarici faktorların bu məsələyə təsirindən narahatlığını vurğuladı.

Söhbət zamanı, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunuldu.

Görüşdə ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu.

Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.

İlham Əliyev Suriya prezidenti ilə görüşdü - FOTOLAR

İlham Əliyev Suriya prezidenti ilə görüşdü - FOTOLAR

PAYLAŞ:
Что категорически нельзя делать на Пасху: священник
В России врачи убили пятилетнюю девочку: лечили ее от рвоты.
В тюрьме белый лебедь серийному убийце преподали урок другие
В Кургане ребенок молит, чтобы его не трогал дядя
Если вы это сделаете в этот четверг, то вы согрешите: срочно
Каждому знаку зодиака свой спорт: найди свой
Экс-представители власти Курской области задержаны
В мае в ценах на вторичку настанет переломный момент.
Как сценарий к фильму ужасов, но это реалия где мать убила детей
Роберт Де Ниро теперь на криминальной стороне:выбрал мафию

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.