Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu - VİDEO

Cəmiyyət
16-06-2025 - 13:56
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, K.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
“Vətən” musiqi qrupu Litvada keçirilən beynəlxalq festivalda qalib olub - FOTOLAR
Cəmiyyət15:31 / 12-07-25
"Azərişıq" ASC-nin Medianın İnkişafı Agentliyi ilə keçirdiyi müsabiqənin nə... açıqlandı - FOTOLAR
Cəmiyyət12:13 / 12-07-25
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi olub - FOTO - VİDEO
Cəmiyyət12:02 / 12-07-25