Həmin qəzada ölən piyadanın kimliyi məlum oldu
Hadisə
21-06-2025 - 09:50
Dünən Heydər Əliyev prospektində baş vermiş ağır qəzada ölən piyadanın kimliyi müəyyənləşib.
Ajans.az xəbər verir ki, Turan Sadiq oğlu Abdullayev idarə etdiyi "Changan" markalı avtomobillə piyada, 1981-ci il təvəllüdlü Namiq Əli oğlu Süleymanovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxana yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Fakt bağlı cinayət işi başlanılıb.