Həbs gözlənilirdi, amma... – İmamoğlunun atasının evində axtarış səs-küyə SƏBƏB OLDU

Həbs gözlənilirdi, amma... – İmamoğlunun atasının evində axtarış səs-küyə
Dünya 10-04-2025 - 09:56

“İmamoğlunun atasının evində yalnız cüzi miqdarda pul və lisenziyalı güllə tapılıb”

Ajans.az xəbər verir ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun atası Həsən İmamoğlunun Balıkəsirin Edremit rayonunun Güre məhəlləsindəki evində aparılan axtarışla bağlı açıqlama verib.

Məlumata görə, jandarma qüvvələri tərəfindən həyata keçirilən əməliyyat təxminən bir saat davam edib. Əməliyyat zamanı evin ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.

Özgür Özəl bildirib ki, əməliyyat nəticəsində gözlənilənlərin əksinə olaraq, evdə yalnız cüzi məbləğdə xarici valyuta və qeydiyyatda olan bir silaha aid güllələr tapılıb:

“Evdən 690 dollar, 10 avro və lisenziyalı silaha məxsus bir neçə güllə tapılıb. Dünən belə bir şayiə yayılmışdı ki, guya Həsən İmamoğlu həbs olunacaqdı, çünki evlərdə gizli seyflər, böyük məbləğdə pul və sursat var. Amma nəticədə ortaya çıxan budur.”

Özəl bu iddiaların əsassız olduğunu və ictimai rəyin bilərəkdən manipulyasiya edildiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: