Hande Yener yenə geyimi ilə gündəmə gəldi

Hande Yener yenə geyimi ilə
Şou Biznes 15-05-2025 - 19:10

Türkiyə estradasının tanınmış ulduzu Hande Yener səhnə geyimi ilə yenidən gündəmə gəlib.

Ajans.az xəbər verir ki, müğənninin son səhnə çıxışı zamanı seçdiyi geyim üslubu sosial mediada geniş müzakirələrə yol açıb.

Hande Yener bu dəfə alt paltarını şalvarın üstündən geyinməyi seçib. Onun bu fərqli görünüşü bir çox izləyicidə həm təəccüb, həm də gülüş yaradıb.

Lakin sosial mediada yayılan rəylərə əsasən, sənətçinin bu səhnə tərzi çoxları tərəfindən bəyənilməyib və tənqid olunub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: