Hamamda qaz partladı, XƏSARƏT ALAN VAR

Hamamda qaz partladı,
Xəstəxana
Hadisə 18-06-2025 - 20:15

Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.

Ajans.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.

Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: