Gürcüstandan Rusiyaya təcili QADAĞA

Gürcüstandan Rusiyaya təcili
Dünya 22-05-2025 - 14:47

Bank of Georgia, ruslar üçün 300 avro məbləğində alış-verişin məhdudlaşdırılmasına görə sanksiyaları izah edir.

"Ajans.az" xəbər verir ki, bu barədə "Bank of Georgia"nın mətbuat xidmətindən "TASS"a məlumat verilib. Bankın kartlarına sahib olan Rusiya vətəndaşları üçün 300 avrodan çox dəyərində alış-verişə məhdudiyyətlərin tətbiqi maliyyə qurumunun beynəlxalq sanksiyalara əməl etmək öhdəliyi ilə bağlıdır.

“Gürcüstan Bankı ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyaların tələblərini yerinə yetirib və yerinə yetirməkdə davam edir”, - deyə Zaqafqaziya respublikasının ən böyük kommersiya banklarından birinin nümayəndələri bildiriblər.

Beləliklə, "RBC"nin cümə axşamı "Bank of Georgia"nın müştəri bülleteninə istinadən verdiyi məlumat təsdiqləndi. Qeyd olunub ki, ruslar üçün təkcə Gürcüstanın özündə deyil, bütün dünyada dəbdəbəli malların alışı məhdudlaşdırılıb və bank rezidentliyi dəyişmiş müştərilər üçün limiti qaldıracağını vəd edib.

Gürcüstan hakimiyyəti dəfələrlə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olmadıqlarını bəyan edərək, bunun ölkə iqtisadiyyatını çökdürəcəyinə işarə vurub.

Qeyd edək ki, Avropa İttifaqının Lüksemburqdakı Ədalət Məhkəməsi təsdiq edib ki, Brüssel tərəfindən nağd avronun Rusiyaya ixracına qoyulan qadağa, digər məsələlərlə yanaşı, bu pulla müalicə xərclərinin ödənilməsi məqsədilə həyata keçirildiyi hallarda da tətbiq edilir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: