Güclü külək ağacı avtomobilin üzərinə AŞIRDI

Güclü külək ağacı avtomobilin üzərinə
qəza
Hadisə 04-07-2025 - 22:30

Axşam saatlarında Gəncədə əsən güclü külək bir sıra fəsadlara səbəb olub.

Ajans.az xəbər verir ki, şəhərin H. Əliyev prospektində iri gövdəli ağac Azər Abdullayevə məxsus olan "VAZ2107" markalı avtomobilin üzərinə aşıb.

Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vaistəsinə ciddi ziyan dəyib.

Bundan başqa təbiət hadisəsi nəticəsində şəhərin dəmiryolçular parkında da iri gövdəli ağac aşıb.

Hazırda Gəncə şəhərində yağmurlu və küləkli hava şəraiti davam edir.

Aidiyyatı dövlət qurumları mövcud hava şəraiti ilə bağlı əhalini maksimum ehtiyatlı olmağa çağırırlar.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.