Gəncədə yol qəzası oldu, YARALANAN VAR

Hadisə
10-06-2025 - 20:44
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub.
Nəticədə sürücülərdən biri – 1997-ci il təvəllüdlü O.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.