Gəncədə YANĞIN

Hadisə
18-06-2025 - 21:29
Gəncə şəhərində fərdi yaşayış evində yanğın başlayıb.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Əraziyə iki yanğınsöndürən maşın və 20-ə yaxın canlı qüvvə cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.