Gəncədə minik maşını dərəyə düşdü

Gəncədə minik maşını
Hadisə 12-10-2025 - 18:13

Gəncədə yol qəzası olub.

Ajans.az-ın məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı qadın sürücü xəsarət alıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: