Gəncədə bir ailənin 5 üzvü zəhərləndi - Üçü uşaqdır

Gəncədə bir ailənin 5 üzvü zəhərləndi -
Cəmiyyət 22-04-2025 - 09:27

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.

Ajans.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə  Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır. 

İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.

PAYLAŞ: